Çində güclü zəlzələ – ÖLƏNLƏR VAR

  • By admin
  • 16 Sentyabr 2021 09:18

Çinin Şıçuan vilayətində 6 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, zəlzələ nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Çin Seysmoloji Araşdırmalar Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla saat 04:33 -də Lusyan qəzası ərazisində, Luçjou şəhər dairəsində baş verib. Yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.

Yaşayış məntəqələrində əhəmiyyətli dağıntılar barədə bildirilib.

Gununsesi.info