Çindən Əfqanıstana ilk dəmir yolu marşrutu istifadəyə verildi

  • By Günel
  • 10 Fevral 2025 15:00

Bu gün səhər saatlarında Çinin Çunçin şəhərinin Tuantszetsun stansiyasından Əfqanıstanın Hayraton şəhərinə yük qatarı yola düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Bu, Çinin cənub-qərbindəki meqapolisi Əfqanıstanla birləşdirən ilk birbaşa dəmir yolu marşrutudur.

Çinin ZTE telekommunikasiya nəhənginin istehsal etdiyi kommunikasiya avadanlığının yükləndiyi 55 konteynerdən ibarət qatar Sincan-Uyğur muxtar rayonunda (Şimal-Qərbi Çin) yerləşən Horqos sərhəd-keçid məntəqəsində dövlət sərhədini keçərək Qazaxıstan və Özbəkistan əraziləri üzərindən Hayratondakı təyinat məntəqəsinə çatacaq.

Gununsesi.info