COP29 sədrliyinin nümayəndələri İkinci Afrika İqlim Həftəsində (ACW2) və İkinci Afrika İqlim Sammitində (ACS2) iştirak etmək üçün Əddis-Abebaya (Efiopiya) gediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə COP29-un “X” hesabında məlumat verilib.
“Sədrlik bütün istiqamətlərdə fəaliyyəti sürətləndirmək və Afrika ölkələrinə dəstək məqsədilə COP29-da qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün hökumət, vətəndaş cəmiyyəti və özəl sektordan olan liderlərlə qoşulacaq”, – məlumatda qeyd olunub.












