“Çünki onların gözündə mən ABŞ prezidentinin dostu və Avropaya yönümlərinin simvolu idim”

“Aşqabad kabusu mənə 2008-ci ildə Türkmənistana etdiyim növbəti səfəri, Türkmənbaşının ölümündən sonra hakim klanın hazırkı rəhbərinin prezidentlik andiçmə mərasimini xatırlatdı. Həmin mərasimdə on ölkənin lideri iştirak edirdi (Rusiyanı Narışkin təmsil edirdi)”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz facebook səhifəsində bildirib:

“Demək istəyirəm ki, məni orada çox yüksək səviyyədə qarşıladılar. Qızılı tualeti olan Türkmənbaşının iqamətgahında yerləşdirdilər və Türkmənbaşının avtomobilində gəzdirdilər.

Bəs niyə mənə bu qədər xüsusi yanaşma göstərirdilər? Çünki onların gözündə mən ABŞ prezidentinin dostu və Avropaya yönümlərinin simvolu idim”.

 

 

Şəbnəm

Gununsesi.info