Deputata qaynatasının Ukraynada bağışladığı çörək zavodunu raket vurdu

  • By admin
  • 28 Mart 2022 11:17

Azərbaycan Milli Məclisinin deputatı Anar Məmmədova məxsus olduğu bildirilən Ukraynadakı çörək zavodu Rusiya aviazərbələrinin hədəfi olub.

Bu barədə Gununsesi.info-ya Ukraynada yaşayan azərbaycanlılar bildirib.

Məlumata görə,  paytaxt Kiev ətrafında yerləşən çörək zavodunu  iş adamı Qulam Ələkbərov qurub.  Qeyd edək ki, Qulam Ələkbərov sabiq nəqliyyat naziri Ziya Məmmədovun vəzifədə çalışdığı dövrlərdə yol-körpü infrastrukturunun tikintisində ən çox tender qalibi olan şəxslərdən olub.

Ukraynada qurduğu çörək zavodunu kürəkəni Anar Məmmədova dövr edən Qulam Ələkbərov bu ölkədə tikinti biznesi ilə də məşğuldur.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, rus aviazərbələrinin hücumu nəticəsində Anar Məmmədovun çörək zavoduna bitişik olan makaron sexi də məhv edilib.

Xəbərdə bildirilir ki, Rusiyanın Ukraynaya hücumu başlayanda zavod fəaliyyətini dayandırdığından insan tələfatı olmayıb.

Gununsesi.info