Dilavər Əzimli vəfat etdi 

  • By admin
  • 03 Mart 2021 13:29

AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə onun yaxın dostu Qələndər Muxtarlı məlumat verib. Alim koronvarirusla bağlı müalicə alırdı. Ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı dipıoma bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib. 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışırdı, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Türk və Şərqi Avropa xalqları” kafedrasının müəllimi idi. Evlidir, iki övladı var.

125 məqaləsi var. Bir monoqrafiya, bir kitab müəllifidir.

Gununsesi.info