DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib

  • By ilhame
  • 19 Aprel 2024 21:06

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələrinə əsasən, imtahanlarda iştirakı nəzərdə tutulan 46741 nəfərdən 485 nəfər imtahana gəlməyib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumatda qeyd olunub.

 

“Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub”, – məlumatda bildirilib.

Gununsesi.info