Donald Tramp: - Amerikanın qızıl dövrü indi başlayır - VİDEO

  • By Günel
  • 20 Yanvar 2025 21:54

“Amerikanın qızıl dövrü indi başlayır. Ədalət tərəzisi bərpa olunacaq. Ədliyyə Departamentinin və hökumətin qəddar, ədalətsiz və zorakı siyasiləşdirilməsinə son qoyulacaq”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, 47-ci prezident kimi hakimiyyətə “milli uğurun həyəcanverici yeni dövrünün astanasında olduğuna inamla və nikbinliklə” qayıdıb.

Gununsesi.info