Dünya rekordu: 35 milyon dollara yaqut və almaz… / FOTOLAR

  • By admin
  • 09 İyun 2023 19:02

Amerikanın Nyu-York şəhərində açıq satışa çıxarılan yaqutun qiyməti tarixi rekord qırıb. Bu günədək açıq satışa çıxarılan ən nöyük yaqut “Fura Ulduzu” rekord qiymətə alıcı tapıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 55 karatlıq yaqut və çəhrayı almaz 34,8 milyon dollara satılıb.

Çəhrayı almaz isə yaqutla birlikdə rekord qiymətə – 34,8 milyon dollara satılaraq öz rəngində satış rekordu qırıb.

Satış şəhərin Sotheby`s açıq satış (auksion) evində gerçəkləşdirilib.

Başlanğıc qiyməti 21 milyon dollar olan 55 karatlıq yaqut böyük maraqla qarşılanıb.

 

Tərcümə: Arzu 

Gununsesi.info