Kiyev üçüncü ölkələrin sülh planlarından imtina edib

“Əgər Rusiyanın xüsusi əməliyyatının məqsədləri dəyişməz qalarsa, Kiyevin danışıqlar üçün vasitəçilərə ehtiyacı yoxdur.”

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

Reznikov Ukraynanın “Novoye Vremya” nəşrinin YouTube kanalına müsahibəsində  belə deyib:

“Əslində hamıya dedilər ki, əgər siz vasitəçilik və ya asanlaşdırmadan danışırsınızsa, o zaman hər hansı vasitəçinin qaydası əvvəlcə tərəflərin maraqlarını müəyyən etməkdir”.

O qeyd edib ki, Kiyevlə Moskvanı barışdırmaq istəyənlərin bütöv bir xətti var.

Bundan əvvəl Reznikov Rusiya ilə sülhün yalnız Rusiyanın maraqları və Ukraynadakı xüsusi əməliyyatın məqsədləri dəyişdiyi təqdirdə mümkün olacağını bildirib.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info