Emin Ağalarov Pavliaşvilidən üzr istədi

  • By admin
  • 27 Oktyabr 2016 09:10

emin-mn-soso-pavliavilinin-bakda-konsertini-tkil-edcym_1

Bir neçə gün öncə sizə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bir məlumatı çatdırmışdıq.

Gununsesi.info xəbər verir ki, məlumatda rus müğənnisi Soso Pavliaşvilinin adının Azərbaycan tərəfinin tərtib etdiyi qara siyahıdan çıxarıldığı qeyd edilmişdi.  Ermənistanın işğalı altında olan torpaqlarımıza icazəsiz konsert verdiyi üçün nazirlik belə bir qərar qəbul etmişdi.

Verilən icazədən sonra  Noyabr ayında Bakıda konserti nəzərdə tutulan Soso Pavliaşvilinin bu səfərinə xalq artisti Ramiz Fətəliyev  reaksiya verərək onun Bakıya buraxılmaması barədə fikir bildirmişdi: “Düşünürəm ki, onun kimi insanlar Bakıda konsert verə bilməz. Qarabağa icazəsiz səfər edən şəxs paytaxt Bakıya gələ bilməz”.

Bu  gün isə müğənni bəstəkar Emin Ağalarovdan gələn  fikirlər hər kəsdə heyrtə doğurub. Belə ki, bütün Azərbaycanın Soso Pavliaşvilidən üzr istəməsini gözlədiyi bir anda tam əksi azərbaycanlı Sosodan üzr istəyib.  Emin Ağalarov bildirib ki:

“Mən onun Azərbaycana olan münasibətini çox gözəl bilirəm və onu da bilirəm ki, o azərbaycanlılara və Xocalı faciəsinə, Qarabağlılara həssaslıqla yanaşır. O bu gərginliyə görə narahat olur və Bakılıları da çox sevir. Məin dəvətimdən sonra o bildirdi ki, Bakıya gəlişi xeyriyyə məqsədlidir və bu konsertdən bir qəpik belə qazanc əldə etməyəcək. Və birdən bir neçə mədəniyyət nümayəndəsi və mənim həmyerlilərim onun konsertinin  baykot eilməsi barədə yazırlar. BU mənim üçün gözlənilməz oldu. Axı necə əli dolu gələn qonağı  dəvət edib sonra da onu baykot etmək olar? Jurnalistlər vasitəsilə arxasından necə iş görmək olar? ”

Daha sonra Emin Ağalarov konsertdən bu səbəbə imtina edən şəxsləri mədəniyyətsizlikdə günahlandırıb.

“Əgər kimsə Soso Pavliaşvilinin konsertinə getmək istəmirsə getməsin. Kimlər gəlsə onlar öz həmyerliləri Ağalarovu dəstəkləyərək  xeyirxah iş görmüş olacaq. Bu məsələyə aşağıdan baxmaq qeyri etik, mədəniyyətsizlik olar. Hələ ki, o əgər xeyriyyə konserti vermək istəyirsə bu ümumiyyətlə təqdirəlayiq hərəkətdir. Kİmlər ki, onun Bakıya gəlişiniə inkar edirlər həmin indanlar mənim həmyerlilərim və dostlarımdır. Bilə-bilə ki, Soso mənim dəvət etdiyim dostdur bu onları bu addımı atmaqdan çəkindirmir. Həmininslarlar sosial şəbəkənin qurbanlarıdır. Mən  bunu onların öz ixtiyarına buraxıram. Bunlar həmin insanlardır ki, bütün günü Qarabağın alınmasından  danışır amma bu barədə heç bir addım atmır. Əgər belə cəsarətlisinizsə gedin mənzilinizi, maşınınızı, qızıllarınızı satın ailənizi də götürüb Qdiversiya qrupu yaradıb Qarabağı alın. Pavliaşvilinin bura aidiyyəti yoxdur elə mənim də. Gedin məsələni kişi kimi həll edin.  Azərbaycana gələn hər sənətçi nə deyəcəyinə özü qərar verir. Kimisi təşəkkür edir, kimisi üzr istəyir, kimisi də sevinci ilə bölüşür. Soso Bakıya gəlməyib amma biz indidən onun üzərinə beyzbol dəyənəyi ilə gedirik.  O qeyri-adi istedadlı insandır. Hətta məndən belə.  Qastrol səfərləri ilə məşğul olan sənətçidir və o əsl Gürcüdür. Onun Bakıya olan münasibəti məni çox sevindirir. Böyük səbrsizliklə onun gəlişini gözləyirəm.  Bəlkə də bu gəlişdə hansısa marağımın olduğunu düşünürsünüz amma yanılırsız.”

Emin ondan üzr istəyərək  konsertin baş tutmasını arzulayıb.

“Mənim həmyerlilərim tərəfindən bu  dəvət belə neqativ qarşılandığı üçün sizdən bir daha üzr istəyirəm. İnanaraq ümid edirəm ki, 30 noyabrda nəzərdə tutulmuş konsert reallaşar. BU xeyriyyə konserti onun ideyasıdır mənim deyil”

Soso Pavliaşvili isə qarşılığında bildirib ki:

“Çox istəyirəm ki, bu konsert baş tutsun. Hamınızı orada gözləyəcəm. Mən bütün çağırıldığım yerlərə gedirəm , hara olmasından asılı olmayaraq. Bu mənim vecimə də deyil”.

Gununsesi.info