“Emin Əmrullayev ölkə tarixində ən çox məktəb bağlanan nazir kimi düşməyi bacarıb” -TƏHSİL EKSPERTİ

“Son 5 ildə ölkədə 500-ə yaxın ümumi təhsil məktəbi bağlanıb. Bağlanan məktəblərin 2/3 hissəsi son 3 ildə bağlanıb”.

Bunu Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib:

Nəzərə almaq lazımdır ki, bağlanan məktəblər arasında məcburi köçkün məktəbi kimi tanıdığımız, işğaldan azad edilmiş ərazilərin məktəbləri də var”.

Ekspert qeyd edib ki, ölkə üzrə hazırda mövcud olan 1036 məktəbin 31% -i (1241 məktəb) azkomplektli məktəb və ya şagird sayı 100 nəfərdən az olan məktəblərdir:

“Yaxın 5 ildə onların da bağlanması da qaçılmazdır. Emin Əmrullayev ölkə tarixində nazirliyi dövründə ən çox məktəb bağlanan nazir kimi düşməyi bacarıb”.

 

Qeyd edək ki, 2024-2025-ci tədris ilinin əvvəlində Azərbaycanda 4324 məktəb fəaliyyət göstərib. Bu, ötən illə müqayisədə 64 məktəbin azalması deməkdir.

Məktəb sayının azalma tendensiyası əsasən ibtidai təhsil müəssisələrində qeydə alınıb. Rayonlar üzrə bəzi məktəblərin bağlanması, digər məktəblərin birləşdirilməsi və ya tipinin dəyişdirilməsi kimi həyata keçirilib.

 

Şəbnəm 

Gununsesi.info