Əraqçi ABŞ və İsraildən kompensasiya tələb etdi

  • Müəllif: Firuzə
  • 22 Mart 2026 22:26

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraili İranın nüvə obyektlərinə son hücumlar nəticəsində dəyən ziyanı kompensasiya etməyə çağırıb.

Gununsesi.info  xəbər verir ki, Əraqçi bu barədə BMT-nin baş katibinə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda danışıb.

Hücumları beynəlxalq hüququn açıq-aşkar pozulması kimi qiymətləndirən XİN rəhbəri şuradan dərhal tədbir görülməsini tələb edib.

Gununsesi.info