Ərdoğan Baydenlə ilk dəfə Ağ Evdə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a səfər edəcək.

Reuters yazır ki, bu məlumatı martın 29-da Türkiyənin təhlükəsizlik rəsmilərindən biri verib.

Bu, Türkiyə prezidentinin Co Bayden administrasiyasının hakimiyyəti dövründə Vaşinqtona ilk səfəri olacaq.

Ərdoğan son dəfə Vaşinqtonda 2019-cu ildə olmuş və ovaxtkı prezident Donald Trampla görüşmüşdü.

Reuters yazır ki, Türkiyə Bayden 2020-ci ildə prezident seçiləndən bəri iki ölkə liderinin üzbəüz görüşünü gözləməkdə idi.