Erməni ailəsi xəstəxanada Muradı bıçaqladı və güllələdi - VİDEO

  • By admin
  • 13 İyun 2022 10:37

Vladiqafqaz xəstəxanasında bir erməni ailəsi polisin gözü qarşısında yaralı azərbaycanlını vəhşicəsinə öldürüb.

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, ötən gecə 79 yaşlı taksi sürücüsü Sergey Qriqoryan müştərisi 35 yaşlı Osmanov Muradla mübahisə edib və Murad qocanı qarnından bıçaqlayıb. Osmanov saxlanılıb, taksi sürücüsü isə ağır vəziyyətdə Vladiqafqaz xəstəxanasına aparılıb.

Amma artıq yarım saatdan sonra Murad da polisin müşayiəti ilə həmin xəstəxanaya gətirilib. Çünki o, saxlanılarkən qolundan yaralanıb.

Həmin vaxt xəsarət alan erməni taksi sürücüsünün çoxsaylı qohumları artıq klinikada olublar.

Əvvəlcə dəhlizdə, polisin gözü qarşısında taksi sürücüsünün nəvəsi Osmanovu kürəyindən və ayağından bıçaqlayıb. Həkimlər yaranı tikib, sarğı qoyublar. Amma Osmanov təcili yardım otağında oturarkən taksi sürücüsünün oğlu da onunla qarşılaşaraq döş və mədə nahiyəsinə bıçaq zərbələri endirib, erməninin başqa bir qohumu isə tapança ilə Muradı güllələyib.

Nəticədə Osmanov reanimasiyada dünyasını dəyişib.

Gununsesi.info