“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyyəsini planlaşdırır” - Vardan Toqanyan

  • By admin
  • 28 Sentyabr 2020 17:41

“Ermənistan bölgədəki vəziyyətin pisləşməsi halında, Dağlıq Qarabağ əhalisinin təxliyyəsi üçün humanitar dəhlizlərin təşkili planı üzərində iş aparır”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan “Danışır Moskva” radiostansiyasının efirində açıqlama verib.

O, müvafiq suala cavab olaraq “Bu cür məsələlər nəzərdən keçirilir, ancaq ümid edirik ki, vəziyyət bu yerə çatmayacaq”,- deyə qeyd edib.

 

Gununsesi.info