Ermənistan MN: “Erməni əsgər azərbaycanlı hərbçi ilə dəyişdirilib”

  • Müəllif: Şəbnəm
  • 16 Sentyabr 2022 18:08

Ermənistan ordusunun təxribatları zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılan erməni hərbçi düşmən tərəfindən əsir götürülən azərbaycanlı hərbi qulluqçu ilə dəyişdirilib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

O bildirib ki, erməni hərbçi Zəngəzur ərazisində itkin düşmüşdü.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan bürosu bu prosesdə iştirak etməyib. Bundan əvvəl Azərbaycan hökuməti həlak olan 100-ə qədər erməni hərbçinin meyitlərini birtərəfli qaydada Ermənistana təhvil verməyə hazır olduğunu bildirib.

Mənbə: “Sputnik” Ermənistan

Gununsesi.info