Ermənistan Qarabağ danışıqlarına dair sənədləri dərc etdi

  • Müəllif: Firuzə
  • 02 Dekabr 2025 16:15

Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib.

Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib.

Burada 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə vasitəçilər tərəfindən təqdim edilən təkliflər, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya lideri Vladimir Putinə ünvanlanmış məktubu və digər sənədlər var.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın əvvəllərində Qarabağla bağlı danışıqlar prosesinə dair əsas sənədlər paketini, o cümlədən 2019-cu ilə aid materialları ilin sonunadək açıqlayacağını bildirmişdi.

 

Gununsesi.info