Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - Fotolar

Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, kvadrokopter zərərsizləşdirilərək müsadirə edilib.