Ermənistanda 13 yaşlı qız zorlanıb

  • By Mina
  • 18 Aprel 2024 16:40

Ermənistan Vardenis rayonunda 13 yaşlı qıza qarşı cinsi təcavüz edilib.

Gununsesi.info xəbər verir ki, “Aysor.am”ın məlumatına görə, Zod qəsəbəsinin sakini olan qız taksi ilə Vardenis Musiqi Məktəbinə gedirmiş. Taksi sürücüsü və yanında olan başqa bir kişi qıza təcavüz edib.

“Hazırda qızın vəziyyəti çox ağırdır, həkimlər onun həyatı üçün mübarizə aparır”, – mənbə bildirib.

Zod icmasının rəhbəri Sevak Xaçatryan xəbəri təsdiqləsə də, digər təfərrüatları açıqlamayıb.

Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsləri saxlayıb. Onlar törətdikləri cinayəti etiraf ediblər.

Gununsesi.info