Rusiya gəmilərini Xəzər dənizinə daşıyır - Zelenski

  • By Mina
  • 18 Aprel 2024 16:48

“Artıq bu ay sənayemiz 10 “Bogdan” özüyeriyən silah istehsal edəcək”.

Gununsesi.info UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“May ayında və ondan sonra daha çox silah istehsal edəcəyik. Özəldə istehsal olunan məhsulların payı durmadan artır, dövlət bu müəssisələrlə ciddi, uzunmüddətli müqavilələr bağlayır ki, bu da proqnozlaşdırılabiləndir, insanları işə cəlb etmək və investisiya toplamaq imkanı verir”, – o bildirib.

Dövlət başçısı əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hərəkətlərindən sonra Rusiya indi gəmiləri, xüsusən də “Kalibr” daşıyıcılarını Xəzər dənizinə aparır.

Gununsesi.info