Ermənistanın iqtisadiyyat naziri ABŞ-yə gedəcək

  • Müəllif: Admin08
  • 20 Sentyabr 2025 19:12

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Zəngəzur dəhlizi təşəbbüsü, yaxud Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsini müzakirə etmək üçün ABŞ-yə səfər edəcək.

Gununsesi.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, layihənin təfərrüatlarına Ermənistan və ABŞ nümayəndə heyətləri arasında danışıqlar zamanı aydınlıq gətiriləcək.

Gununsesi.info