Xəbər verdiyimiz kimi, bu gün Elm və Təhsil Nazirliyinin aparatının strukturunda dəyişiklik edilib, yeni təyinatlar olub.
Gununsesi.info -nun məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun adı vəzifəyə yeni təyin olunan şəxslərin siyahısında yer almayıb. Onun çalışdığı şöbənin adı İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi ilə əvəzlənib və Səbuhi Rzayev müdir təyin olunub.
C. Valehov məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki, yaxın günlərdə yeni iş fəaliyyəti ilə bağlı məlumat verəcək.
***
Cəsarət Valehov Gununsesi.info -ya açıqlamasında bildirib ki, fəaliyyətini təhsil sistemində davam etdirəcək.
Gununsesi.info