FİFA klublararası dünya çempionatı üçün yeni qaydalar açıqladı

  • By admin
  • 09 Yanvar 2021 17:51

Bu il keçiriləcək klublararası dünya çempionatında ilk dəfə oyunçu dəyişikliyi ilə bağlı yeni qaydadan istifadə olunacaq.

 

Gununsesi.org xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Yeni qaydalara əsasən, oyun vaxtı hər hansı futbolçu beyin sarsıntısı keçirdikdə əlavə əvəzetməyə icazə veriləcək.

Komandalar matç ərzində bu imkandan yalnız bir dəfə yararlana biləcəklər. Çempionatda ümumi əvəzetmə sayı isə beş olacaq.

Qeyd edək ki, turnir bu ilin ikinci yarısında Yaponiyada keçiriləcək. Yarışın son qalibi “Liverpul” olub.

Gununsesi.org