“Həmkarlarımın vəziyyəti çox acınacaqlıdır“ – Faytonçu Nazim gileyləndi  (Video)

  • By admin
  • 09 Yanvar 2021 17:58

Tanınmış müğənni Faytonçu Nazim pandemiya səbəbindən işlərinə ara verməli olduğunu, tezliklə səhnəyə geri dönməyi aruladığını deyib.

MTV Azərbaycana danışan sənətçi pandemiya səbəbindən bəzi həmkarlarının maddi vəziyyətinin acınacaqlı olduğunu bildirib:

“Mənim öz səsyazma səsyazma studiyam var. Həm vaxtımı orada keçirirdim, həm yaradıcılığımla bağlı işləyirdim, həm də yarımçıq qalan işlərimi tamamlayırdım. Elə həmkarlarımız var ki, vəziyyətləri çox acınacaqlıdır. Elələri də var ki, zamanında nələrsə əldə edə biliblər, indi onun gəliri ilə dolanırlar. Necə ki, biz Qarabağı işğaldan azad etdik, pandemiyaya da sinə gərəcəyik. Arzu edirəm ki, 2021-ci ildə yaşam tərzimiz geri qayıtsın, yenə də bizlər ailələrə sevinc gətirək”.

Həmin görüntüləri təqdim edirik: