
Kənan Yıldızın çıxış etdiyi “Yuventus” İtaliya Birinci Futbol Liqasının (Seriya A) 29-cu həftəsində “Fiorentina”ya 3:0 hesabı ilə məğlub olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İtaliya A Seriyasının 29-cu turunda “Fiorentina” və “Yuventus” üz-üzə gəlib. “Artemio Franchi” stadionunda keçirilən görüşdə ev sahibi “Fiorentina” 3:0 hesabı ilə qalib gəlib.
“Fiorentina”ya qələbə qazandıran qolları 15-ci dəqiqədə Robin Qosens, 18-ci dəqiqədə Rolando Mandraqora və 53-cü dəqiqədə Albert Qudmundsson vurub.
“Yuventus”dan “Fiorentina”ya icarəyə verilən Nikolo Faqioli 2-ci və 3-cü qolların ötürmələrini edib.
“Yuventus”un baş məşqçisi Tiaqo Motta əvəzedici Kənan Yıldızı oyuna buraxmayıb.
Ötən həftə “Atalanta”ya 4:0 hesabı ilə uduzan “Yuventus” da səfərdə “Fiorentina”ya uduzaraq 52 xalla 5-ci yerə düşüb.
Son 5 matçın 4-də məğlub olaraq bu matça çıxan Fiorentina təmiz qələbə ilə xallarını 48-ə yüksəldib.
Orxan