
Fransada hüquq-mühafizə orqanları Paris ətrafında bir yeniyetmənin ölümündən sonra başlayan iğtişaşlar zamanı 150 nəfəri saxlayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Fransanın daxili işlər naziri Cerald Darmanin açıqlama yayıb.
Qeyd edək ki, Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin qətlə yetirilməsinə etiraz olaraq gənclər ikinci gündür ki, küçələrə çıxıblar.
Gununsesi.info