Fransanın ən böyük stadionu peyvənd mərkəzi olur

  • By admin
  • 20 Mart 2021 23:56

Yeni növ koronavirusun (COVID-19) üçüncü dalğasına məruz qalan Fransa ən böyük stadionunu peyvənd mərkəzi edir. 

Gununsesi.info xəbər verir ki, ölkənin Seine-Saint-Denis bölgəsindəki Fransa Stadionu aprel ayından etibarən vətəndaşların xidmətində olacaq.

Qeyd olunub ki, mərkəzdə gün ərzində minlərlə insana vaksin vurulacaq.

Xatırladaq ki, bu gün paytaxt Paris daxil olmaqla ölkənin 16 bölgəsi sərt karantin rejiminə keçib.

Gununsesi.info