Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən narkomaniya və toksikomaniyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində yeni tədbirlər təklif olunur.
Gununsesi.info-nun xəbərinə görə, təklifə əsasən, gənclər arasında maarifləndirmə və profilaktik proqramların şəbəkəsinin əhatə dairəsi genişləndiriləcək, risk qrupları üçün nəzərdə tutulan psixoloji və sosial dəstək proqramları beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdiriləcək.
Həmçinin bu sahədə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, resursların səmərəli istifadəsi və qarşılıqlı əməkdaşlığın artırılması prioritet məqsədlərdən hesab olunur.
Nəticədə, gənclərin narkotik vasitələrdən istifadəsinin qarşısının alınması və onların sağlam həyat tərzinin təşviqi üçün daha effektiv dövlət proqramlarının tətbiqi nəzərdə tutulur.











