Son vaxtlar xaricdən ölkəyə gətirilən malların sayı artdıqca, gömrük prosedurlarına dair qaydalar da daha çox diqqət mərkəzinə çıxır. Xüsusilə elektron sistem üzərindən təqdim olunan sənədlərin vaxtında və düzgün doldurulması sahibkarlar üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Qısa İdxal Bəyannaməsinin rolu və onun icra qaydaları da aktuallaşıb.
Bəs bu sənədin təqdim edilmə qaydaları və vaxtında yerinə yetirilməməsinin nəticələri nələrdir?
Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlamasında vəkil Esmira Rzayeva bildirib ki, Qısa İdxal Bəyannaməsi — ölkəyə gətirilən mallar barədə gömrük orqanlarını əvvəlcədən məlumatlandırmaq məqsədilə təqdim edilən sənəddir.

Onun sözlərinə görə, bu sənədin vaxtında tərtib olunması malların gömrükdə rəsmiləşdirilmə prosesinin vaxtında başlanmasına, sərhəddə nəzarət və qeydiyyat mərhələsinin asanlaşmasına, həmçinin gömrük nəzarətinin şəffaf və sistemli aparılmasına şərait yaradır.
“Qısa İdxal Bəyannaməsi mallar sərhədə çatmazdan ən azı 1 saat əvvəl sistemə daxil edilməlidir. Əgər bəyannamə vaxtında təqdim olunmazsa, bu, gömrük qanunvericiliyinin pozulması sayılır və inzibati məsuliyyət yaradır — fiziki şəxslər üçün 1000 manat, hüquqi şəxslər üçün isə 1500 manat məbləğində cərimə tətbiq olunur”.
Afət













