Gəncədə 3 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

  • Müəllif: Admin08
  • 07 Oktyabr 2025 21:01

III MDB Oyunlarının bağlanış mərasimi ilə əlaqədar oktyabrın 8-də Gəncə Şəhər Stadionu və ətraf ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məhdudiyyət səbəbindən Atatürk prospektində fəaliyyət göstərən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Heydər Əliyev prospekti ilə təşkil ediləcək.

12 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Bilal Qəhərəmanov küçəsi təyin olunacaq.

Gununsesi.info