Görün, tez-tez avtoxuliqanlıq edərək qəzalar törədən kimin oğludur - FOTOLAR/ VİDEO

  • By admin
  • 03 Yanvar 2023 19:01

Bir neçə gün əvvəl Gəncədə toy  karvanında avtoxuliqanlıq edərək insanların həyatını təhlükəyə atan şəxslərin etdiyi hərəkətlərin video görüntüsü yayılmışdı.

 

Xatırladaq ki, olayla bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu tərəfindən yayılan açıqlamada qeyd olunurdu ki, şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb və onlar inzibati məsuliyyətə cəlb olunub.

Bu gün Gununsesi.info-ya təqdim olunan daha bir məlumatda həmin gənclərdən birinin yenidən Gəncədə avtoqəza törətdiyi bildirilir.

Nurvin Məmmədov adlı yeniyetmə 20 DD 444 dövlət nömrə qeydiyyat nişanlı NİVA markalı maşınla bu gün Gəncə şəhərində yenidən yol-nəqliyyat hadisəsi  törədib.

Maraqlıdır ki, törətdiyi qəzadan məmnun olan Nurvin avtomobilinin zədəli hissəsini çəkərək, “Bayramınız Mübarək” sözləri ilə sosial şəbəkə hesabında paylaşıb.

Gununsesi.info-nun həmin gənclə bağlı araşdırması zamanı onun kimliyi üzə çıxıb.

Məlum olub ki, Nurvin uzun illər Azərbaycan Dövlət Televizyasının əməkdaşı olmuş Əhməd Qədiroğlunun övladıdır.

Jurnalistin övladı ilə bağlı araşdırmamızda onu da öyrəndik ki, Nurvin avtoxuliqanlıq hərəkətlərini tez-tez edir.  Dəfələrlə inzibati məsuliyyətə cəlb olunmasına baxmayarq, bu əməlindən daşınmır.

Məlumatda, həmçinin onun sürücülük hüququnun olmadığı da deyilir.

Xatırladaq ki, Nurvinin böyük qardaşı Tural Məmmədov da Prezidentin Mətbuat Xidmətinin əməkdaşıdır.

Görünür, atasının və qardaşının statusundan istifadə edən bu yeniyetmə böyük faciələrə səbəb olanadək öz əməllərini davam etdirəcək.


Elmar Elnuroğlu

Gununsesi.info