Göyçayda minik maşını kanala aşıb.
Gununsesi.info xəbər verir ki, hadisə bu gün rayonun Dövranlı kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşını kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Sürücü 1965-ci il təvəllüdlü Habil Talıbovun meyiti sudan çıxarılıb.
Araşdırma aparılır.












