Gültəkin Hacıbəylidən son xəbər

  • By Ayshan
  • 03 Dekabr 2025 21:32

“Hazırda İstanbulda Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılıram. Bildirirəm ki, noyabrın 29-da gecə saatlarında kirayə qaldığım evə gəlmiş 4 polis əməkdaşı məni məcburi qaydada, heç bir hüquqi əsası olmadan bu mərkəzə gətiriblər. Xatırladım ki, mən sentyabr ayının 25-də Türkiyədə təhsil alan oğlumun yanına gəlmişəm və Türkiyədə qalmaq üçün nəzərdə tutulan 3 aylıq müddət hələ bitməyib. Bundan əlavə, mənim ayrıca Türkiyədə qalmaq üçün 2 illik oturum iznim var. Və burada olduğum müddətdə heç bir qayda pozuntusuna yol verməmişəm.

 

Hazırda məni Türkiyədən qanunsuz və əsassız şəkildə deportasiya edib Azərbaycana göndərməkdən ötrü barəmdə ictimai təhlükəsizliyə təhdid yaradan (“kamu güvenliğine tehlike yaratan”) xarici terrorçulara verilən G-82 maddəsi tətbiq edilərək burada saxlayırlar və Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir”.

 

Gununsesi.info bildirir ki, bunu Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli özünün sosial şəbəkə hesabında yazıb.

 

Sabiq deputat Türkiyə hökumətinin onu Azərbaycana verməyəcəyinə inandığını yazıb.

Günay

Gununsesi.info