Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti Amnistiya Aktının qəbul olunması ilə bağlı Milli Məclisə təqdimat verib.
Gununsesi.info-nun xəbərinə görə, prezidentin təqdimatında Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bu isə o deməkdir ki, amnistiya hazırda həbsdə olan Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevə də şamil olunacaq.
Qeyd edək ki, Hacı Vəliyevə Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Onun 44 Günlük Vətən Müharibəsində iştirakı və gözünün birini itirməsi imkan verir ki, Amnistiya Aktından o da yararlansın.
Firuzə Mahmudova











