Hacı Zeynalabdin Tağıyevin nəticəsindən çağırış - FRANSIZ JURNALİSTİ ÖLKƏYƏ BURAXIN

  • By admin
  • 14 Oktyabr 2020 09:08

Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Kloud sosial şəbəkə vasitəsilə Azərbaycan ictimaiyyətinə müraciət edib.

Gununsesi.info həmin müraciəti təqdim edir:

Azərbaycanlı dostlarıma müraciət:

Azərbaycanda bombalanan şəhərləri ziyarət edib, videoya çekmək ; sağ qalanlar və ailələrindən, Xocalıdan xilas olanlardan, məcburi köçkünlərdən müsahibə almaq üçün Azərbaycana getmək istəyən bir fransız jurnalist var. Həmin jurnalist istedadlıdır, məhşur və qiymetləndirilən kitablar yazmışdır, ən böyük fransız milli qəzetlərlə də yaxın əlaqə saxlayır. O, Azərbaycanın dostudur, iki dəfə Azərbaycana səyahət etmişdir amma heç vaxt işqal altında olan ərazilərə səhayət etməyi qəbul etməmişdir. Dağlıq-Qarabağ münaqişəsinin fransız dilli medialar tərəfindən tərəfli və ermənipərəst şəkildə işıqlandırılmasından məmnun deyil.
Viza müraciəti edib, ancaq iki həftədir cavab ala bilməyib. Məqalələri dərhal yazılmalıdır, yoxsa qısa müddetdən sonra fransız xəbərləri artıq bu münaqişə ilə daha az maraqlanmağa başlayacaqlar. Təsadüfən XİN-lə əlaqəsi olan və viza prosesini sürətləndirə bilən biri varsa, xahiş edirəm mənimlə əlaqə qurmaqdan çəkinməsin. Bu adamın çamadanı hazırdır, gəlib bütün Azərbaycanlı qurbanlarının səsini dünyaya eşitdirmək istəyir. Əminəm ki, bu cür jurnalistlərə vizalarını gecikdirmədən vermək Azərbaycana böyük xidmət etməkdir! Köməyiniz üçün əvvəlcədən təşəkkür edirəm.
alban.claude@ens.fr

Gununsesi.info