Hava limanında saxlanılan jurnalist həbs edildi

  • By ilhame
  • 19 Aprel 2024 20:00

Bakının Xətai Rayon Məhkəməsi dünən hava limanında saxlanılan jurnalist İmran Əliyev barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Müdafiə tərəfi bu qərardan apellyasiya məhkəməsinə şikayət verəcək.

Gununsesi.info bildirir ki, İmran Əliyev “Abzas Media” işi üzrə məsuliyyətə cəlb edilib.

O, Meclis.info saytına rəhbərlik edirdi.

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb.

Gununsesi.info