Hindistanlı turisti tapana bu qədər pul mükafatı veriləcək

  • By admin
  • 18 İyun 2022 12:14

Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin tapılması üçün təyin olunan mükafatın məbləği artırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya Manikanth Kondaveetinin ailəsindən bildirilib.

Diqqətə çatdırılıb ki, Manikanth Kondaveetini tapan şəxsə 25 000 manat pul mükafatı veriləcək.

Qeyd edək ki, daha əvvəl Hindistan vətəndaşını tapan şəxsə 10 000 manat pul mükafatı veriləcəyi bildirilib.

Manikanth Kondaveetinin qardaşı deyib ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək. Onun sözlərinə görə, pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək, itkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.

Gununsesi.info