“Hücumla bağlı son informasiyaları Azərbaycana təqdim etmişik”

“İran və Azərbaycan təhlükəsizlik xidmətləri səfirliyə hucumla bağlı hadisəni müzakirə edib. Biz hucumla bağlı aldığımız son informasiyaları Azərbaycana təqdim etmişik”.

Gununsesi.info  İSNA-ya istinadən bildirir ki, bu sözləri Tehranın “Şəhid Təcriş” hospitalında keçirdiyi mətbuat konfransında İranın xarici işlər naziri Əmir Abdullahian bildirib.

Qeyd edək ki, XİN başçısı Azərbaycan səfirliyinin yaralanmış əməkdaşlarını ziyarət etdikdən sonra mətbuat konfransı keçirib. Tədbirdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə də iştirak edib.

Nazir deyib ki, bununla bağlı bütün məsələlər araşdırılır. O, baş verən hucumu terror deyil, “bədbəxt hadisə” adlandırıb.

XİN başçısı bildirib ki, müvafiq təhlükəsizlik xidməti silahlı hucumla bağlı məsələni araşdırır: “Prezident Rəisi çox qəti şəkildə bu hadisənin araşdırlmasna göstəriş verib. Biz diplomatların olduğu yerlərin təhlükəsizliyinə cavabdehlik daşıyırıq. Bunun üçün lazımi tədbirlər həyata keçirilib. Prezident bu hadisədə məsuliyyətzlik göstərmiş şəxslərin hər birinə qarşı məhkəmə və hüquqi araşdırmanın keçirilməsi ilə bağlı əmr verib”.

Əmir Abdullahian bildirib ki, Azərbaycanla İran arasında münasibətlər normal səviyyədədir.

Gununsesi.info