İlham Əliyev Füzulidə ictimaiyyət nümayəndələri və məcburi köçkünlərlə görüşdü - FOTOLAR

  • By admin
  • 12 Noyabr 2016 13:30

ali

Prezident İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub.

Gununsesi.info-nun xəbərinə görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzulirayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.

Qeyd olunub ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir.

Qəsəbədə 120 yerlik uşaq bağçası da salınıb.

Dövlət başçısı bağçada uşaqların əyləncəsi və istirahəti üçün yaradılan şəraitlə tanış olub.

Qəsəbədəki məktəbdə olan prezident İlham Əliyevə məlumat verilib ki, bu təhsil ocağı 320 şagird yerlikdir.

Dövlət başçısı gənclərin çağırışaqədərki hazırlıq kabinetində Azərbaycanın hərbi təhsil müəssisələrinin Füzuli rayonundan olan kursantları ilə və şagirdlərlə söhbət edib.

Azərbaycan Prezidenti məktəbin idman zalında gənc idmançıların çıxışlarına baxıb, onlarla xatirə şəkli çəkdirib.Məlumat verilib ki, qəsəbənin elektrik, qaz, içməli və suvarma suyu ilə təchizatı yüksək səviyyədə qurulub. Bütün zəruri infrastruktura malik qəsəbədə yol-küçə şəbəkələrinin tikintisi də uğurla yerinə yetirilib. Bu yaşayış massivi respublika üzrə qaçqın və məcburi köçkünlər üçün salınan 95-ci qəsəbədir.

Qəsəbədə yaradılan şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev Füzulirayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.

ali1 ali2 ali3

Gununsesi.info