“Məqsədimə çatdım” - ƏMƏKDAR ARTİSTDƏN DEPUTATA CAVAB GƏLDİ

  • By admin
  • 12 Noyabr 2016 13:36

elza1

Əməkdar artist, bəstəkar-müğənni  Elza Seyidcahan  Bayraq Günündə Azərbaycanının Himnini təbliğ etmək məqsədiylə tədbir keçirib.

Gununsesi.info-nun xəbərinə görə, aksiya zamanı bir çox insanlar Azərbaycanın Himnini tam bilmədiklərinə görə, əməkdar artist maarifləndirmə tədbirinə əl atıb.  O Himnimizi züm-zümə edərək qəsdən yanlış sözlərdən istidfadə edərək, bunun nə qədər utanc verici olduğunu göstərmək istəyib.  İfasını sosial şəbəkəyə bilərəkdən yerləşdirən E.Seyidcahan bununla da özünü zərbə altını qoyub. O göstərmək istəyib ki, hələ gec deyil, himnimizi öyrənin.

Məsələ ilə əlaqədar olaraq əməkdar artistlə əlaqə saxladıq.  Gununsesi.info-ya açıqlamasında əməkdar artist Elza Seyidcahan bildirib ki, Dövlət Bayrağı Günündə əynimdə Azərbaycan bayrağını əks etdirən libasla Azərbaycan Respublikasının Dövlət Himni yazılan vərəqləri Dövlət Bayrağı Meydanında insanlara payladım. Artıq bu layihəni iki ildir ki, davam etdirirəm. Qaldı ki, sözügedən videoya həmin görüntülərdə himnimizi qəsdən səhv oxuyaraq insanları Azərbaycan Respublikasının Dövlət Himnini əzbərləməyə səslədim.  Qəsdən səhvlər buraxdım ki, açıb Himnimizin sözlərinə baxsınlar, oxusunlar, əzbərləsinlər. Bu mənim layihəm idi və uğurlu da alındı.Yoxsa, mən himnimizin sözlərini əzbər bilirəm. Heç kim Azərbaycan Respublikasının Dövlət Himnindən utanmamalıdır. Hətta analarımız uşaqlarını bu mahnıyla böyütməlidir. Ad günlərində tort kəsilən zamanı mənası bilinməyən mahnılar oxumaqdansa gəlin, himnimizi səsləndirək. Onu da qeyd edim ki, Dövlət Bayrağı Günündə Azərbaycan bayrağını əks etdirən libası geyindiyim üçün bəzi saytlar lazımsız başlıqlarla xəbərlər dərc etdilər. Həmin saytlarla məhkəmədə görüşəcəm. Mən əgər bəziləri kimi vətənimi sevməsəydim, soyuqda küçələrə düşməzdim. Məni lağa qoyan insanlar kimi kabab yeyib, dincələrdim”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info