İlin sonuncu Ay tutulması başa çatdı

  • By admin
  • 19 Noyabr 2021 15:30

İlin sonuncu Ay tutulması başa çatıb.

Təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçib.

Tutulma hadisəsi ümumlikdə 2 saat 28 dəqiqə davam edib.

Qeyd edək ki, Ay tutulması Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayıb.

Gununsesi.info