İlon Mask ilk trilyoner olacaq

  • Müəllif: Firuzə
  • 02 Oktyabr 2025 17:22

Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 500 milyard dollara çatan ilk zəngin adam olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Forbes” jurnalında qeyd olunub.

“Əgər o bu templə davam edərsə, 2033-cü ilin martına qədər dünyanın ilk trilyonçusu ola bilər”, – “Forbes” qeyd edib.

Qeyd edək ki, hazırda Mask Tesla və SpaceX-in baş direktoru, X sosial şəbəkəsinin və Neuralink neyrotexnologiya şirkətinin sahibidir.

 

Gununsesi.info