İmam Mehdi zühr eləsə, ədaləti bərpa eləmək üçün birinci İrandan başlamalıdır - DEPUTAT

  • By admin
  • 21 Oktyabr 2022 14:45

Milli Məclisin bu gün keçirilən iclasında YAP-dan olan deputat Siyavuş Novruzov İranın Araz çayı ürində hərbi təlimlər keçirməsindən danışıb.

Gununsesi.info bildirir ki, deputat İranı Azərbaycanı təxribata çəkməkdə günahlandırıb:

HTML tutorial

”Otuz il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın. İşğaldan azad olunan ərazilərdə hərbi bazaların deyil, hava limanlarının, yaşayış yerlərinin olması nümunəvi addımdır. İranın Arazın kənarında hərbi təlimlər keçirməsi nəyə lazımdır? Bu artistliyin heç bir yeri yoxdur. Bu addımlarla İran heç kimə hədə-qorxu gələ bilməz.

Günay

Gununsesi.info