İmamoğludan ilk mesaj: Əvvəl Allaha, sonra millətimə əmanətəm

Sabah saatlarında evində axtarış aparılaraq saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlundan dan ilk mesaj gəldi.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, İmamoğlunun yazdığı mesaj X hesabında paylaşılıb.

 “Əvvəl Allaha, sonra millətimə əmanətəm. Edilən yalanlara, qurğulara, tələlərə, xalqın haqqını yeyənlərə, xalqın iradəsini oğurlayanlara lazım olan cavabı millətimiz verəcək. “-deyə mesajda bildirilib.

 

Şəbnəm

Gununsesi.info