“İmamzadə” Dini Kompleksinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi Hacı Tahir Abbasovun səhhətində ciddi problem yaranıb.
Gununsesi.infoməlumat verir ki, şəkər xəstəliyindən əziyyət çəkən Hacı Tahir Abbasov bir müddət əvvəl Bakı şəhərində gözündən əməliyyat olunub. Hazırda onun digər gözündə də problem yarandığı və görmə qabiliyyətini, demək olar ki, itirdiyi bildirilir.
Məlumata görə, Hacı Tahir Abbasov yenidən paytaxtda əməliyyat olunub və hazırda xəstəxanada müalicəsi davam etdirilir.












