İmişlidə mikroavtobus piyadanı vurub öldürdü

  • By Günel
  • 19 Yanvar 2025 17:39

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə İmişli-Biləsuvar magistralının rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı mikroavtobus yolu keçən Çaxırlı kənd sakini, 1936-cı il təvəllüdlü Aslanov Həsən Həsən oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.(APA)

Gununsesi.info