Instaqramdan ən çox istifadə edən ölkələrin adları AÇIQLANDI

  • By admin
  • 06 Oktyabr 2023 17:24

6 oktyabr 2010-cu ildə təsis edildiyi gündən etibarən Instagram ən çox istifadəçi sayına malik sosial şəbəkələrdən birinə çevrilib.

Hər gün yarım milyard insan bu xidmətdən istifadə edir. Platformanın dünya üzrə aylıq 12,8 milyarddan çox aktiv istifadəçisi var.

Gununsesi.info xəbər verir ki, sentyabr ayının sonuna olan məlumata görə, Türkiyə Instaqramdan ən çox istifadə edən ölkələr sırasındadır. Bu barədə vebsayt araşdırma şirkətinin “Website Rating” hesabatında deyilir.

Siyahıya 263,3 milyon hesabla Hindistan başçılıq edir. İkinci yerdə 153,6 milyon hesabla Türkiyə qərarlaşıb. Braziliya üçüncü yerdədir. Bu ölkədə 119,6 milyon aktiv səhifə var.

Bu günə qədər Instagrama 50 milyarddan çox şəkil yüklənib.

Instaqram istifadəçilərinin 52,8 faizi kişi, 47,2 faizi qadındır. Instagram istifadəçilərinin 70%-i 35 yaşdan aşağıdır. 25 yaşlı istifadəçilər Instagram-da gündə orta hesabla 32 dəqiqə vaxt keçirirlər. Qarşılıqlı əlaqə üçün ən aktiv vaxt: çərşənbə 17:00-dan 19:00-a qədər.

Argentinalı futbolçu Lionel Messinin dünya çempionatı ilə bağlı paylaşımı İnstaqram tarixində ən çox bəyənmə toplayıb – 61,2 milyon.

Onun portuqaliyalı həmkarı Kriştiano Ronaldo Instagramda izləyicilərin sayına görə dünya lideridir – 607 milyon.

Türkiyəli siyasətçilər arasında ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın Instaqramda ən çox izləyicisi var. Onun hesabını 11,77 milyon insan izləyir.

Səid Əhmədli
Gununsesi.info