İrəvan “ALOVLANIR”: “Şəhər iflic olmalıdır…”

  • By admin
  • 20 Fevral 2021 21:15

İrəvanda baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə keçirilən mitinq hökumət binasının qarşısında başa çatıb.

Gununsesi.info bu barədə TASS məlumat yayıb.

“Daşnaktsütyun” partiyası idarə heyətinin təmsilçisi İşxan Saqatelyan bildirib ki, bazar ertəsi bütün ölkə boyu itaətsizlik aksiyalarına başlamağı planlaşdırırlar.

“Vətənin xilası hərəkatı”nın koordinatoru İşxan Saqatelyan mitinqin sonunda çıxışı zamanı fevralın 20-də hərəkatın yeni səhifəsini elan edib:

“Biz razılığa gəlmişik ki, mövcud hakimiyyətin devrilməsi barədə ümumxalq tələbi ümumxalq mübarizəsi olacaq. Şəhər iflic olmalıdır.

“Nə qədər ki, Nikol Paşinyan ölkəmizdədir, burada sabitlik və əmin-amanlıq olmayacaq”. deyə Saqatelyan bəyan edib.

Məlumata görə, bu gün keçirilən mitinqdə təxribata cəhd olub. Belə ki, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyanın mitinq iştirakçıları qarşısında çıxışı zamanı bir nəfər tribunaya qalxaraq qışqırmağa və təxribata cəhd göstərib. Mitinqə gələnlər onu tribunadan aşağı endiriblər.

Təxribata cəhdin hakimiyyət tərəfindən planlaşdırıldığı iddia olunur.

Gununsesi.info