İran əfqan qaçqınları ölkədən çıxarır

İranla Taliban hökuməti arasında münasibətlərin yenidən gərginləşməsindən sonra ölkədə yaşayan əfqan qaçqınlara qarşı təzyiqlər artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə əfqan qaçqınlar sosial media kanallarında paylaşımlar ediblər.

Məlumata görə, son bir neçə gün ərzində 2800 əfqan qaçqın İrandan çıxarılaraq geri qaytarılıb.

Taliban hökumətinin Mühacirət Nazirliyi də yaydığı bəyanatda bunu təsdiq edib, geri qaytarılanların İslamqala sərhəd-keçid məntəqəsində təhvil alındığını bildirib.